Azərbaycana keçən 8 əcnəbi bu vəziyyətdə yaxalandı – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycana keçən 8 əcnəbi bu vəziyyətdə yaxalandı – FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, 11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Mubarak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətəndaşı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kurbanoviçin, 1989-cu il təvəllüdlü Özbəkistan vətəndaşı Karimov Ataybek Mirzaibrahimoviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Snizhana Aleksandrovnanın pasportları şübhə doğurub, laborator müayinə nəticəsində pasportların saxtalaşdırılması müəyyən olunub.

17 iyul tarixində Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.

































скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 183 19.07.18 13:23