İş icazələri ilə bağlı növbəti elektron xidmət üzərində işləyirik.
Bunu Dövlət Miqarsiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
“Bu xidmət ölkəyə gəlişə və ölkədən gedişə məhdudiyyəti yoxlamağa imkan verən sistemdir”, - deyən V.Hüseynov qeyd edib ki, iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması yönündə ilkin müzakirələr aparılıb.
Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır.
Xidmət rəisi qanunsuz əmək fəaliyyəti sahəsində nəzarətin gücləndiriləcəyini vurğulayıb.