2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi davam etdirilir.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib.
O qeyd edib ki, sayca 3-cü olan binanın artıq 3-cü mərtəbəsi inşa olunur: "16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Bina 2020-ci ilin iyul ayında jurnalistlərin istifadəsinə veriləcək".