Millət vəkili Qənirə Paşayevaya bəzi telekanallar tərəfindən efir qadağası qoyulubmuş.
Paşayeva bu barədə Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində danışıb:
"Telekanalları ümumi tənqid etmişdim. Sonradan eşitdim ki, bir telekanal mənə qadağa qoyub. Efirə ehtiyacım yoxdur, televiziyadan gəlmiş adamam. Ancaq bəzən açıq danışdıqlarına görə ziyalılara da oxşar təzyiqlər edilir".
Paşayeva insanların musiqi zövqünün korlanmasına da münasibət bildirib:
"Normal musiqi anlayışı olan şəxs Üzeyiri dinləməz. Təbii ki, söhbət böyük Üzeyir Hacıbəyovdan yox, Mehdizadədən gedir. Biz uşaq vaxtı musiqi dərslərinə gedirdik, zövqümüz formalaşırdı. İndi də belə məktəblərin bölgələrdə fəaliyyətinin gücləndirilməsinə ehtiyac var".//olke.az