Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: Yaşaması möcüzədir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: Yaşaması möcüzədir - FOTO

Antalyada kobranın sancdığı cənubi azərbaycanlı sehbraz Arif Qafariyə müalicə müddətində 24 şüşə zərdab veriləcək.

Bu barədə sehbrazın meneceri sosial media hesabında məlumat verib.

Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə müalicə üçün Misirə aparılan Arifin bədəninin bəzi hissələrində iflic əmələ gəlib.

Misirdəki Qahirə Universitetinin nəzdində fəaliyyət göstərən “Qəsr Əl Eyni Hospital”da müalicəsi davam edən Arifə 24 şüşə zərdab verilməsinin səbəbi isə bədənindəki zəhərin çox olması ilə əlaqədardır.

Belə ki, kobra sancmalarında, adətən, 15 şüşə zərdabdan istifadə olunur.

“İndiyədək altı şüşə zərdabdan istifadə olunub. Həkimlər bildirir ki, onun yaşaması möcüzədir. Çünki kobra sancmalarında ilk altı saatda tibbi müdaxilə etmək lazımdır.

Bədəninin bəzi hissələrindəki iflicin isə müalicənin sonunda keçəcəyinə ümid edirik”, - deyə sehbrazın meneceri bildirib.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 678 18.07.18 12:32