Şirkətdən bildiriblər ki, “Azpetrol” müştərilərinə yüksək xidmət göstərir
Dünən sosial şəbəkələrdə yayılan videoya “Azpetrol” şirkətindən cavab verilib. Avtosfer.az saytının yaydığı həmin videoda sürücü 68 litr tutumu olan yanacaq çəninə 75 litr benzin vurulmasına etiraz edirdi. “Azpetrol”dan Avtosfer.az-a göndərilən açıqlamanı olduğu kimi təqdim edirik:
“15.07.2018 il tarixində “Azpetrol”un “Spartak YDM”- də BNW markalı avtomobilin sahibi operatora yanacaq çəninin tam doldurulmasını sifariş edib. Operator tərəfindən müştərinin avtomobilinə 75 litr yanacaq vurulub. Belə olan halda müştəri: “maşınımın yanacaq çəni 68 litr tutduğu halda, necə olur ki, çənə 75 litr yanacaq vurulur” - deyə şikayətlənib. Müştərinin şikayəti Şirkətin səlahiyyətli nümayəndələri tərəfindən dərhal araşdırılıb və müştəriyə bu barədə geniş açıqlama verilib. Belə ki, bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir. Mütəxəssislərin fikrincə, bu da avtomobilin markasından asılı olaraq yanacaq çəninin normadan (10-15%) artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Bu kimi məlumatlara müxtəlif saytlarda da rast gəlmək mümkündür. Məsələn, http://www.ptk.ru/node/108357; http://autoportal.ua/articles/chtobudetesli/26832.html ; https://www.autocentre.ua/opyt/toplivo/skolko-topliva-pomeshhaetsya-v-bak-394300.html; və s.
//avtosfer