Yaşlı qadın Bakıda sökülən evdən çıxmır – FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Yaşlı qadın Bakıda sökülən evdən çıxmır – FOTO + VİDEO

Bakının Azadlıq prospektində Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən 80 nömrəli evdə əsl faciə yaşanır. Sökülməli olan binanın bir neçə sakini evlərindən çıxmaqdan imtina edirlər.

Bundan başqa, itaətkar bina sakinləri artıq köçürülüb, binanın girişlərində isə əllərində açar toplusu olan insanlar gəzir. Əgər açarın kodu düzgün gəlmirsə, onu sadəcə güc yolu ilə sındırırdılar. Günlərlə boş otaqlardan satıla biləcək hər şey çıxarılıb: santexnika, vanna, pəncərə barmaqlıqları. Evdə evyan barmaqlıqlarını kəsiblər, plastik pəncərələr isə çıxarılıb.




Oxu.az-ın müxbirinə verilən məlumata görə, binada insanların yaşamasına baxmayaraq, evin söküntüsünə bir neçə gün əvvəl başlanılıb. Mənzilləri təhvil verməyən bəzi bina sakinlərinin isə bunun üçün səbəbləri var.




Sakinlərdən birinin sözlərinə görə, təmir işləri aparan “Fədək” şirkəti bir neçə ay əvvəl binanın söküləcəyi ilə bağlı sakinləri məlumatlandırıb.

“Sakinlərlə müqavilə imzalandı və onlar öz evlərini tərk etdi. Müqavilənin şərtləri ilə yaxşı tanış və hüquqşünaslarla məsləhətləşənlər isə sənəddə qeyri-dəqiqliklərin mövcudluğunu anlayıblar. Belə ki, müqavilədə “sənədin sığortası” ilə bağlı maddə yoxdur. Bu o deməkdir ki, əgər bu şirkət müflis olsa, sakinlər küçədə qalacaqlar”, - müsahib bildirib.




Bundan başqa, mənzillərini tərk etməkdən boyun qaçırsan sakinləri “Fədək” şirkətinin direktoru Qəşəm Hüsüynovun kriminal keçmişi narahat edir.

“Öyrənə bildik ki, Hüseynov dələduzluq maddəsi ilə həbsxana həyatı yaşayıb. Biz ona necə güvənə bilərik? Bu bina 1920/30-cu illərdə tanınmış azərbaycanlı memar Konstantin Sençinin tərəfindən hazırlanıb. Başa düşürük, təmir etmək istəmədilər və binanı sökmək qərarına gəldilər. Lakin zəhmət olmazsa, sakinlərə zəmanətli təzminatlar ödəyin”, - binanın yaşlı sakini deyib.




Qadının sözlərinə görə, onlar mənim mənzildən çıxmadığımı görüb alçaq hərəkətlərə əl atırlar.

“Mən yaşlı qadınam və sakitliyə ehtiyacım var. Onlar qəsdən hər gün burada səs salır, divarı dağıdır, perforatorlardan istifadə edirlər. Suyu, qazı, işığı kəsirlər. Hər gün səhər mən tozun içərisində yuxudan qalxıram”, - 85 yaşlı qadın bildirib.

Sakinləri dinlədikdən sonra müxbirimiz söküntü işlərini həyata keçirən “Fədək” şirkətinin ofisinə yollandı.

Müqavilələrin sığortasının olmaması ilə əlaqədar icarəçilərin şikayətləri ilə bağlı danışan şirkət direktoru Qəşəm Hüseynovun sözlərinə görə, sənədlər fərdi qaydada sığortalanır.




“Hər kəs öz müqaviləsini sığorta etdirə bilər. İcra Hakimiyyəti ilə etibarlı müqaviləmiz var. Fövqəladə Hallar Nazirliyi və şəhərsalma idarəsi (Bakı şəhər memarlıq və şəhərsalma idarəsi - red.)ilə bütün lazımlı sənədlərimiz var. Bizim sənədlərimizin və müqavilələrin etibarsız olduğunu demək gülüncdür. Biz uzun müddətdir Bakıda bina tikintisi ilə məşğul olan ciddi şirkətik”, - direktor deyib.




Direktor kriminal keçmişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərək, məhkumluğunun olmadığını deyib.

“Mən qanuna tabe olan azərbaycanlıyam, 1961-ci ildə Gürcüstanda doğulmuşam. Beynəlxalq səviyyəli inşaatçıyam. Hüquq-mühafizə orqanları ilə heç bir problemim olmayıb”, - Hüseynov qeyd edib.




Onun sözlərinə görə, bu, Azərbaycan Nazirlər Kabineti tərəfindən 2016-cı il fevralın 26-da imzalanmış pilot layihədir. Nəsimi İcra Hakimiyyəti layihənin icraçısıdır. “Fədək” şirkəti isə söküntü və evlərin təmiri ilə bağlı İH qarşısında öhdəlik götürüb.

“Mənzillərdən çıxmayanlar nağd pul almağa çalışanlardır. Onların əsas məqsədi daha çox pul almaqdır. Elələri var ki, mənzilin bir kvadrat metrinə görə 5000 dollar pul istəyir”, - o əlavə edib.

O qeyd edib ki, mənzillərini tərk etmək istəməyən sakinlərlə bağlı məhkəmə qərar verəcək: “Biz artıq bununla bağlı məhkəməyə müraciət etmişik”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 864 18.07.18 11:26