Bakının mərkəzində qolu sarıqlı qadın küçə süpürür.
Median.Az-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsində Pərviz Bağırov adlı şəxs əli sarğılı qadının küçə süpürməsini əks etdirən fotonu paylaşıb.
O qeyd edib ki, foto Nizami küçəsində çəkilib. Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Səbail rayon İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır.