Tanımadığı insanı küçədə bıçaqladığına görə 7 il cəza aldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Tanımadığı insanı küçədə bıçaqladığına görə 7 il cəza aldı - FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Ruslan Səfərovun CM-nin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xeber verir ki, ötən ilin dekabr ayında Ruslan Səfərov bir neçə tanışı ilə Xətai rayonunda gecə saat 3 radələrində səs-küy salıb, ucadan söyüş söyüb. Buna görə həmin ərazidə yaşayan Elvin İsmayılov onlara iradını bildirib. Aralarında yaralanan mübahisə zamanı Ruslan Səfərov Elvin İsmayılova bıçaqla xəsarətlər yetirib, vaxtında xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını həkimlər xilas ediblər. Səhərisi gün Səfərov Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində Ruslan Səfərov ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, şikayəti təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 246 16.07.18 18:51