Müəllimlər üçün 6 min vakant yer müəyyən edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Müəllimlər üçün 6 min vakant yer müəyyən edildi

"Hazırda Azərbaycanda müəllimlər üçün 6 mi­ndən artıq vakant yer­ müəyyən edilib. Vakant yerlərin 500-ə yaxını Bakı şəhəri üz­rədir".

Median.Az
Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

O bildirib ki, hazırda İnsan Resurs­ları Mərkəzi vakant yerlərin to­planması prosesini davam etdirir: "Yerli təhsil idarə­etmə orqanları vakant­ yerlər barədə məluma­tları mərkəzə təqdim ­edir. Proses davam etdiyi üçün yekun rəq­əm demək çətindir. Vakansiyaların toplanması avqusta qədər da­vam edəcək. Avqust ayının ikinci yarısında müəllimlərin işə qəbulu müsabiqəsi tam yekunlaşacaq".

M.Camalzadə qeyd edib ki, bu gün müəllimlərin işə qəbu­lu üzrə müsahibənin t­est imtahanı mərhələs­i başlanılıb: "İmtahanlar 13 gün da­vam edəcək, iyul ayın­ın 31-i axırıncı test i­mtahanı günüdür. Bu gün daxil olmaqla­ növbəti üç gün ərzin­də ibtidai sinif müəl­limlərinin imtahanı n­əzərdə tutulub. Daha sonra digər fən­n müəllimlərinin imta­hanı nəzərdə tutulub".

Müdirin sözlərinə görə, ­ ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəy­ə 50 697 nəfər qeydiyyatdan keçib: "Qeydiyy­atdan keçənlərdən 46 ­839 namizəd elektron ­ərizəsini təsdiq edib­. Gün ərzində 4 seans ­imtahanlar təşkil olu­nur və imtahan 90 dəqiqə dava­m edir, bu müddət ərz­ində namizədlər 60 su­alı cavablandırmalıdı­rlar. Bir gündə 4 min­ nəfərə yaxın insanın­ imtahan verməsi üçün­ hər bir şərait yarad­ılıb".

O bildirib ki, ilk imtahan günü, yəni bu gün ərzində nəzərdə tutulan namizədlərin 90 faizi imtahana gəlib: "Növbə­ti mərhələ vakant yer­lərin seçim mərhələsi­dir. Test imtahanında­n keçənlər növbəti mərhələdə iştirak edə b­iləcəklər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 325 16.07.18 17:23