Həbsxana həyatı həmişə cəmiyyət üçün qaranlıq və maraqlı məqamlardan biridir.
Median.Az xəbər verir ki, ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Anar Məmmədovun həbsxana hekayələrindən bəhs olunub:
Anar Məmmədov (cəzası 6 il): “Orta təhsilliyəm. Öz şəxsi maşınımla taksi kimi çalışmışam. Ailəliyəm, 3 övladım var. Öz səhvimin ucbatından 2015-ci ildə həbs olundum. 3 ildir ki, həbsdəyəm, 3 ilim də qalıb. Hədə-qorxu ilə pul tələb etdim. Ona görə də 182.2-ci maddə ilə cinayət işi açıldı. Bir nəfər var idi, pul götürmüşdü və qaytarmaq lazım idi. İstəyirdim pulu vermirdi. Vermədiyi üçün də mən çox zəng edirdim amma telefonlarımı açmırdı. İnsanıq da beynimin qanlı vaxtı idi, cavan idim. Mən də ağzıma gələn mesajı yazırdım. Qapısına getdim və elə buna görə də hədə-qorxu gəldiyim üçün həbs olundum. Günü-günə satırdı amma pulu vermirdi. Hətta getdi dedi ki, o mənə pul verib amma həd-qorxu ilə məndən pul tələb edir. Mənim də yanımda adamım yox idi ki, şahidlik etsin. 2500 manat pul idi və pul bir ilə kimi qaldı. Bu gün, sabah deyə-deyə vermirdi pulu, ala bilmirdim. Sonra başladı evimə filan zəng etdi, başqa yollara əl atmaq istəyirdi. Mən də özünü axtarıb tapa bilmədiyim üçün evinə getdim və o məndən şikayətçi oldu. Sonra da gəldim istintaqa həbs olundum. Mən güvənib verdim o pulu həmin şəxsə amma ağlıma da gəlməzdi ki, belə bir şey olsun”.