Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirdi ki, hazırda sözügedən məsələ ilə əlaqədar idarədə araşdırma aparılır.
“Məsələ ilə bağlı məlumatımız var. Artıq bununla bağlı rəhbərliyə müraciət olunub. Videodan da göründüyü kimi bu köhnə hadisədir. Bununla belə, hadisənin vaxtı və saatı dəqiq məlum deyil. İnsanların üzünü belə müəyyən etmək olmur. Hazırda araşdırma aparılır. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə V.Əsədov bildirib.