Goranboyda 23 yaşlı qadın 4 övladını qoyaraq evdən gedib.
Hadisə 5 gün öncə Goranboyun Tatarlı kəndində baş verib. Elvira Əzizova günorta saatlarında yaşadığı mənzildən çıxsa da, onu görən olmayıb. Nənəsinin himayəsində böyüyən 23 yaşlı qadın orta təhsil belə almayıb. Yaxınlarının sözlərinə görə, Elvira Əzizovanın həyat yoldaşı, digər ailə üzvləri ilə hər hansı problemi olmayıb. Savad Məmmədova nəvəsinin dünyagörüşünün zəif olduğunu, təhsilsiz olması səbəbindən evdən çıxıb geri qayıda bilmədiyini iddia edir. Ailə üzvülərinin sözlərinə görə, 4, 5 yaşlı və 8 aylıq olan 2 əkiz oğlan uşaqları günlərdi anasız ağlayıb, qida belə qəbul etmirlər. Övladları analarının şəkilini öpərək onun tez qayıtmasını arzulayırlar.
Savad Məmmədova nəvəsinin tezliklə evinə, ailəsinə dönməsini səbirsiziklə gözlədiklərini bildirib. Gözüyaşlı körpələrin anasını görənlərdən 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmalarını xahiş edirlər. Qeyd edək ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə də məlumat verilib.//yeniavaz.com