İyulun birindən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə bağlı müraciət edənlərin sayı 93 nəfər olub.
Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərə tibbi yardım göstərilib:
“Günvurma şikayəti ilə müraciət edən şəxslərdən 34 nəfərə ambulator yardım göstərilib. 59 nəfər isə orta dərəcəli günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Müraciət edən 93 nəfərdən 57-si kişi, 29-u qadın və yeddisi azyaşlı olub”.
Rauf Nağıyev qeyd edib ki, müraciət edənlər arasında həyati təhlükəsi olan olmayıb.