Zabratda ata il qızı vurub, öldürən sürücünün cəzası dəyişdirilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Zabratda ata il qızı vurub, öldürən sürücünün cəzası dəyişdirilməyib

Bakı Apellyasiya Məhkəməsində Sabunçu rayon sakini Tofiq Qədirovun CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 23-ü səhər saat 7 radələrində Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, onun arvadı Olqa və iki azyaşlı övladını naməlum avtomobil vuraraq, hadisə yerindən qaçıb. Yaralılar 3 saylı kliniki xəstəxanaya çatdırılsalar da, A.Əhmədov və qızı Mədinənin həyatlarını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin “VAZ 2107” markalı avtomobillə törədilməsi müəyyən edilib və onun sürücüsü, Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, T.Qədirovun şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 926 14.07.18 16:18