Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sait Həsənovu saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, S.Həsənov iyulun 12-i gecə saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində idarə etdiyi "Hyundai" markalı avtomaşınla qəsəbə sakini
Binnət İsmayılovu vurub və hadisə yerindən yayınıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Faktla bağlı araşdırma aparılır.