Median.Az xəbər verir ki, Zərdab rayonunun Körpükənd ərazisində Ağdaş rayon sakini Rəna Birgül idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb.
Nəticədə sürücü və 2 sərnişin müxtəlif xəsarətlər alaraq Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq sürücünün qızı Məryəm orada keçinib.
Zərdab RPŞ-də faktla bağlı araşdırma aparılır.