“Oğuz rayonu Xaçmaz kəndinə içməli su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Su nə təmizlənmir, nə sterlizə olunmur”.
Bunu Bizimyol.info -ya həmin kəndin sakini Vəfa Nafiyeva bildirib.
O qeyd edib ki, son zamanlar suyun lilli gəlməsi artıq adi hal alıb: “Əlbəttə, həyat mənbəyi olan suyun bu cür çirkli olması böyükdən tutmuş uşağadək hər kəsin sağlamlığına ciddi təhlükədir. Bu sudan istifadə isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına rəvac verə bilər”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətuat xidmətinə informasiya sorğusu göndərilib.