Dənizkənarı Bulvarda ilanın olması bizə xəbərdarlıqdır.
Median.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.
Onun sözlərinə görə, artıq idarə tərəfindən Elmira Ələkbərzadənin paylaşdığı video müzakirə edilib:
"Sənətçinin səmimiyyətinə inanırıq. Bulvar ərazisində təmizliklə məşğul olan əməkdaşlar bu günə kimi ilanın şahidi olmayıblar. Bilirsiniz ki, havalar isti keçir.
Azərbaycanın hər yerində ilanlar var və bulvara da gəlib çıxa bilər. Bu bizim idarə üçün bir siqnal, xəbərdarlıqdır”.
Nazim Məcidov qeyd edib ki, məsələ barədə lazimi tədbirlər görüləcək:
"İşçilərimizə xüsusi xəbərdarlıq etmişik ki, bütün ərazini yoxlasınlar, adiyyatı qurumlara məlumat verilsin”.
Qeyd edək ki müğənni Emma (Elmira) Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb.