Bu gün ölkə ərazisinin bəzi yerlərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.
Bu barədə SalamNews-a məlumat verən "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib, buna səbəb Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğındır.
Yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.
Hadisənin başvermə səbəbləri araşdırılır