Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz.
Median.Az xəbər verir ki, bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev Trend-ə deyib.
O qeyd edib ki, bu cür faktların qarşısının alınması üçün tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.