Deputatdan sərt reaksiya: “Kim harada istəyir, haqqını ödəyib bina tikir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Deputatdan sərt reaksiya: “Kim harada istəyir, haqqını ödəyib bina tikir”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məqamlara toxunub. Tikinti sahəsindəki pərakəndəliyə diqqət çəkən ölkə başçısı qeyd edib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir:

“Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a ölkə başçısının göstərişlərindən sonra bu sahədəki neqativlərin tədricən aradan qalxacağına ümid etdiyini bildirib:

“Prezident bir çox məsələlərə toxundu. Azərbaycanda altı ayın nəticələri açıqlandı. Bildiyiniz kimi, altı ayda ÜDM-də, qeyri-neft sektorunda, sərmayə qoyuluşunda müəyyən qədər artım var. Bununla bərabər, prezident Mingəçevirdəki hadisələrə görə haqlı olaraq günahkarların düzgün cəzalandırılmasını tələb etdi. Korrupsiya və rüşvətxorluq məsələlərinə diqqət çəkdi”.
Deputatın sözlərinə görə, ümumiyyətlə tikinti sahəsində özbaşınalıq hökm sürür:

“Kim harada istəyir, haqqını ödəyir bina tikir. Sonra da bir evi bir neçə adama satır. Hazırda Bakının Baş Palnı hazırlanır. İlham Əliyevin də xəbərdalıqda bildirdiyi kimi, İcra Hakimiyyəti orqanları buna diqqəti artırmalıdırlar. İndi bütün yük Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə düşür. Çünki nəzarət mexanizmi Komitəyə verilib. Düzü elə sovet dövründə də belə komitə vardı, hansı ki, tikinti işlərini həyata keçirirdi. Amma hazırkı proseslərin vahid mərkəzdən idarə olunmağı sevindirici haldır. Xüsusilə Komitəyə cəlb edilən yeni kadrlara göstərilən etimadı doğrultmağın vaxtıdır. Mütəxəssislər araşdıracaq, standartlara uyğun tikintiyə icazə veriləcək, uyğun olmayanına icazə verilməyəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 770 11.07.18 11:35