Qubada hoteldə kanatın qırılması ilə bağlı TƏFƏRRÜATLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Qubada hoteldə kanatın qırılması ilə bağlı TƏFƏRRÜATLAR

Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın "SCADA stroy" montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.

İyulun 9-da şirkətin iş icraçısı, 1959-cu il təvəllüdlü, Qazaxıstan vətəndaşı Nikolay Nikolayeviç Likvinenko və onunla birlikdə işləyən 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu, 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu və 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu tərəfindən kanat xəttinin təmiri davam etdirilərkən, xəttin bərkidildiyi dəmir tros qırılaraq R.İsayev, R.Əliməmmədov və R.Həsənova dəyib.

Hadisə nəticəsində R.İsayevin sağ alın nayihəsi, burun və sağ bazu sümüyü sıyrılıb, sağ bud sümüyü sınıb. Hadisə zamanı R. Həsənovun sol baldır nayihəsi sıyrılıb, R. Əliməmmədovun isə sol kürək sümüyü sınıb.

Yaralılar dərhal Quba rayon Mərkəzi Xəstəxanasına aparılsa da, Rüzgar İsyev aldığı xəsarətlərdən yolda dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd edilib ki, kanat xətti hotelin istirahət ərazisindən kənarda olduğundan hadisə nəticəsində turistlərdən xəsarət alan olmayıb.

R.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 117 10.07.18 17:51