45 dərəcə? Avqustda Hindistan istilərini gözləyin - EKOLOQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

45 dərəcə? Avqustda Hindistan istilərini gözləyin - EKOLOQ

Bir neçə ay əvvəl azərbaycanlı ekoloq, Azərbaycanın Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov ölkədə 45 dərəcə isti proqnozunu vermişdi. Onun proqnozu iyulun 1-də gerçəkləşdi, Bakıda havanın temperaturu 45 dərəcə rekorduna çatdı.

Oxu.az-a açıqlama verən ekoloq gələn ay üçün hava şəraiti ilə bağlı yeni proqnozunu səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda dəyişkən hava şəraiti müşahidə olunacaq.

“Küləkli, yağışlı və yenidən isti olacaq. Havanın temperaturu avqustda yenidən rekord həddə çata bilər”, - ekoloq bildirib.

Zeynalovun proqnozuna görə, ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər.

“Rütubət 30-40%-ə qədər azalıb və bu artıq məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq problemlərinə gətirib çıxara bilər”, - ekoloq əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 631 10.07.18 17:18