Ötən il erməni təxribatı nəticəsində həyatını itirən Zəhranın qardaşı dünyaya gəlib.
Bu barədə məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb.
Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib:
“Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi Muradıdır. O, mütləq Zəhranın qisasını düşmənlərimizdən alacaq”.
Qeyd edək ki, 2017-ci ilin iyulun 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.