Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Median.Az-ın Prezidentin rəsmi saytına istinadla verdiyi xəbərə görə, Fərmanda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilsin.