Bu gün SSRİ və Azərbaycanın xalq artisti, professor, dünyaca məşhur müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın 75 yaşı tamam olur.
Azərbaycan prezidenti İlham Əliyev dünən Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün Tamara Sinyavskayanı Rusiya prezidenti Vladimir Putin təbrik edib.
Kremlin rəsmi saytında dərc olunan təbrik məktubunun mətnində deyilir:
“Sizi haqlı olaraq operativ parçaların görkəmli ifaçısı, daxili və dünya səhnəsinin əsl ulduzu hesab edirlər.
Və əlbəttə ki, sizin əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayevin unikal yaradıcılığının xatirəsinin qorunmasına böyük fədakarlığınızı qeyd etməliyik”.
Tamara Sinyavskaya 1943-cü ildə Moskvada doğulub. 1982-ci ildə SSRİ, 2002-ci ildə isə Azərbaycan Xalq artisti adına layiq görülüb.