Azərbaycanda çimərlik mövsümünün açıq elan edilməsindən bu günə kimi 29 nəfər suda boğulma təhlükəsilə üzləşib.
Onlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən xilas edilib.
Bakı və Abşeron rayonu ərazisindən 23 nəfər, daxili sulardan isə altı nəfər xilas olunub.
Çimərlik mövsümü başlayandan bu günə kimi 17 nəfər suda boğulub.
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib./oxu.az