Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.
Nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.
Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.