İcra başçısını güllələyən şəxs barədə RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

İcra başçısını güllələyən şəxs barədə RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Gəncə şəhərinin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Median.Az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir:
“Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.

Xatırladaq ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            20 918 04.07.18 20:54