Məşhur şirkət fəhlələri 43 dərəcədə işlədir - BAKIDA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Məşhur şirkət fəhlələri 43 dərəcədə işlədir - BAKIDA

Bu gün ölkə ərazisində havanın teperaturu 41 dərəcəni aşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 43, bəzi rayonlarda 46 dərəcə isti qeydə alınıb. Nazirlik anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmağı riskli sayaraq, vətəndaşları kölgədə olmağa çağırıb.

Yeri Gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də bir nüçə gün öncədən işəgötürənlərə müraciət edib. Müraciətdə deyilir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
 
Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırıb.
 
Əgər işəgötürənlər tərəfindən Məcəllənin 233-cü maddəsinin tələbinə əməl edilməzsə və Dövlət Əmək Müfəttişliyinə şikayət daxil olarsa, qurum qanunauyğun olaraq ölçü götürür. Belə ki, həmin şəxsləri İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.
 
Median.Az modern.az saytına istinadən xəbər verir ki, təqdim olunan şəkillərdən görünür ki, Bakıda rəsmi xəbərdarlığa məhəl qoymayan şirkətlər də var. Belə şirkətlər işçiləri günün altında işlətməyi davam etdirirlər. 

Redaksiyamızın poçtuna daxil olan xəbərdə bildirilir ki, "Melissa park" tikinti şirkəti hazırda fəhlələri günün altında işlədir. 

Modern.az saytının əməkdaşı "Melissa park" tikinti şirkəti ilə əlaqə saxlayaraq, bu duruma münasibət öyrənmək istəyib. Lakin şirkət rəsmilərindən cavab almaq mümkün olmayıb.

Xəbərin fotolarını da təqdim edirik.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            15 153 04.07.18 14:33