Mingəçevir İES-də iyulun 2-dən 3-nə keçən gecə baş vermiş və iyulun 3-də axşam təkrarlanan qəza paytaxtın nəqliyyat sistemində ciddi problemlər yaradıb.
Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.
Bu gün də Bakı Metropolitenində bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərir və sərnişinlər üçün bağlıdır.
Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb: “Paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir”.
Avtobuslar, bu cür sərnişin axınına hazır deyillər və bununla bağlı sərnişinlərin arasında ciddi əngəllər və narazılıqlar müşahidə olunur. Bakmetropoliten hələ öz fəaliyyətinin yenilənməsinin müddətini açıqlamır.//bizimyol.info