Bu rayonlarda yeni sürüşmə sahələri yaranıb – Rəsmi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bu rayonlarda yeni sürüşmə sahələri yaranıb – Rəsmi

“Atmosfer yağıntılarının təsirindən İsmayıllının Müdrisə kəndində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə və uçqun töküntü prosesləri müşahidə olunub. Ay ərzində düşən atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib”.

Bunu Apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

İyun ayında atmosfer yağıntılarının təsirindən İsmayıllının Qoydan kəndi ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan sürüşmə sahəsinin yarandığını bildirən ekspedisiya rəisinin sözlərinə görə, Siyəzəndə Sədan sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsinə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb: “Bundan başqa, Xızı-Altıağac avtomobil yolunun 1-ci kilometrliyi sürüşmə sahəsi də aktivləşib, avtomobil yolunun sol və sağ çiynində çökmə-oturma prosesləri qeydə alınıb. Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub, yolun hərəkət hissəsində müxtəlif istiqamətli çatlar əmələ gəlib. Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsinin parametrlərində nisbi artım baş verib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud sürüşmə sahəsinin ölçüləri də artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun prosesləri qeydə alınıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 271 03.07.18 16:36