55 dərəcəyə hesablanan İES 45 dərəcəyə niyə dözmədi? - RƏY » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

55 dərəcəyə hesablanan İES 45 dərəcəyə niyə dözmədi? - RƏY

Mingəçevirdəki “Azərbaycan” İES 50-55 dərəcə istiyə hesablanıb, 40-45 dərəcə temperatur bu miqyasda qəzaya səbəb ola bilməz.

Bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekspert Telman Zeynalov deyib.

Onun fikrincə, hadisə müvafiq qurumların öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibəti səbəbindən baş verib.

“Nəzarətsizlikdən əsl fəlakət baş verə bilərdi. Azərbaycan prezidenti yanında ictimai struktur yaradılmalıdır. Prezident bu və ya digər qanunu qoyur, ictimai struktur isə həmin qanunun icrasına nəzarət edir.

Bəzi məmurlar prezidentin bu tapşırığını yerinə yetirmirlər. Onlar məhkəmə qarşısına çıxarılmalı və sərt qaydada cəzalandırılmalıdır. Misal üçün, dövlət əmlakının mənimsənilməsində ittiham olunanlar ömürlük həbs edilsin”, - ekspert bildirib.

O qeyd edib ki, bir neçə ay əvvəl oxu.az-a açıqlamasında 45 dərəcə istinin olacağı ilə bağlı proqnoz vermişdi.

“Həmin vaxt soyuducu sistemlərlə bağlı düşünmək və İES-ə texniki baxış keçirmək lazım idi”, - Zeylanov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 609 03.07.18 15:55