Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı yaranan problem Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə mənfi təsir etməyib.
Bunu oxu.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, aeroportda generatorlar vasitəsilə uçuşlar təmin edilib:
“İşıq keçən kimi dərhal generatorlar qoşulub. Hava limanı ştat rejimdə işləyib”.
Qeyd edək ki, “Flightradar24” AZAL-a məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, “Türk Hava Yolları”na məxsus Bakı-İstanbul, aviareyslərində gecikmələr qeydə alınıb.