Azərbaycanda işıqla bağlı baş verən problem nəticəsində dövlət xəstəxanalarında heç bir problem olmayıb.
Bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, tibb müəssisələri işıqla təmin edilib:
“İşıqlar sönəndən bir neçə dəqiqə sonra generatorlar qoşulub. Təcili yardım stansiyalarında problem olmayıb. Yanğın baş verən ərazidə ölən olmayıb”.
Səfayə Əhmədova bəzi dövlət müəssisələrində axşam işığın təmin edilməməsinə münasibət bildirib:
“Texniki ehtiyac olmayan yerdə yandırılmayıb. Amma xəstələrin olduğu şöbələr, əməliyyatxanalar işıqla təmin edilib”.