İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlikdən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlikdən XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb.

Median.Az
xəbər verir ki, bu barədə “publika.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, isti hava şəraitində insanların həyatını təhlükəyə atan işəgötürənlər 1000-2000 manat arası cərimə ödəməli olacaqlar:

“Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Əgər hər hansı bir işçi tərəfindən işəgötürənlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət xarakterli məlumat daxil olarsa, bu barədə tərəfimizdən araşdırma başladılacaq. Araşdırmanın nəticəsi isə qanunvericiliyə uyğun olaraq dəyərləndiriləcək”.

F.Talıblı qeyd edib ki, bu günə qədər heç bir şikayət xarakterli müraciət daxil olmayıb:

“Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirmə işləri aparılıb. İşəgötürənlər və işçilər zəruri informasiyalarla təmin edilib. Onlar öz hüquqlarını bilirlər. Havanın temperaturunun 41 dərəcə selsidən yuxarı olduğu zaman, xüsusilə də açıq havada parılan bütün işlər dayandırılmalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 050 02.07.18 18:26