Bu gün saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın paytaxtı Moskvanın Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli olan 852 saylı avaireysdə gecikmə baş verib.
Bunu oxu.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Qurum rəsmisi qeyd edib ki, təyyarənin gecikməsinə səbəb texniki məsələdir:
“Uçuş saat 13:00-da yerinə yetiriləcək”.