Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-ə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu 49 nəfər ilə müraciət edib.
Səhiyyə Nazirliyindən oxu.az-a verilən məlumata görə, günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib.
28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edən 49 nəfərdən 32-si orta yaşlarında kişi, dördü azyaşlı, doqquzu qadındır.
Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.