Abonentin elektrik enerjisi xəbərdarlıq edilmədən kəsilə bilərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Abonentin elektrik enerjisi xəbərdarlıq edilmədən kəsilə bilərmi?

Bakı sakini borca görə elektrik enerjisinin bir ay müddətdən tez kəsilməsindən şikayət edir.

Binəqədi rayon sakini Zaur Nurullayev oxu.az-a bildirib ki, yaşadığı Mir Cəlal 72 ünvanında elektrik enerjisi qanunsuz kəsilib:

“İyunun 4-də ötən ay üçün 26 manat ödəniş etdim. İyunun 15-də isə əvvəlki 30 günlük istifadəyə dair bildiriş verilib.

İyunun 27-də “Azərişıq”ın işçiləri gəlib işığımızı kəsiblər. Onlara dedim ki, Nazirlər Kabinetinin qərarına əsasən, mənim bildiriş verildiyi gündən sonra ödəniş etmək üçün bir ay vaxtım var.

Qurumun qaynar xəttinə zəng edib maraqlandım. Onlar da mənim haqlı olduğumu qeyd etdilər və telefonun dəstəyini asdılar”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxt sakini tərəfindən quruma şikayət daxil olmayıb:

“Həmin vətəndaş bizə müraciət etsin, məsələ araşdırılacaq və tədbirlər görüləcək.

Əhaliyə verilən elektrik enerjisi bir ay istifadə edilir, sonra isə bildiriş verilir. Abonent də həmin vaxt haqqını ödəyir. Hər şey qanun üzrə həyata keçirilir. Qanuna uyğun olaraq bildiriş verildikdən sonra 30 gün ərzində ödəniş edilməsi üçün vaxt verilir”.

Hüquqşünas Səməd Vəkilov bildirib ki, vətəndaşa xəbərdarlıq edilmədən elektrik enerjisini kəsmək qadağandır:

“Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, istehlakçıya elektrik enerjisinə görə bildiriş təqdim olunandan bir ay sonra həmin pul ödənilməsə, ona xəbərdarlıq edilməlidir. Borc ödənilməsə, elektrik enerjisi kəsilə bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 083 30.06.18 13:35