Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində erməni hərbçi ölüb.
Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü, müqaviləli hərbi qulluqçu Armen Atanesyan hərbi hissələrdən birində dünyasını dəyişib.
İlkin məlumata görə, hərbçinin ölüm səbəbi öd daşı və böyrək çatışmazlığı olub.