"Qul bazarı"ndan reportaj - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

"Qul bazarı"ndan reportaj - FOTO

Bakının növbəti "qul bazarı”ndayıq. Əliyar Əliyev küçəsindən Ziya Bünyadov prospektinə çıxan yolda, "Çermet” körpüsünün altında fəhlələr müştəri gözləyirlər.

Bu, şəhərdə "qul bazar”larından biridir. Bakıxanov qəsəbəsində, "Xalqlar dostluğu” metrosu yaxınlığındakı körpünün altında, Zabrat ərazisində, 3-cü mikrorayonda bu bazarlar var. Onlar illərdir ki, bu ölkədə iş tapa bilmirlər. Və bu işsizlərin iş yeri olan körpülərin altını "qul bazar”ı adlandırırlar. Çünki onların əməyindən istifadə edərək bağlarda, villaların həyətlərində işlədirlər. Əksəriyyəti ayrı-ayrı regionlardan olan fəhlələr işsizlikdən buranı seçməli olublar. 



"Elə gün olur ki, 50-60 manat qazanıram. Amma səhəri heç bir qəpik də olmur. Burda məni kimi nemə nəfər var. Maşın yaxınlaşanda hamı üstünə şığıyır. İndi kiminlə sövdələşsə, o adamın bəxti gətirdi. "20 Yanvar”da 1 manatdan müştəri yığan taksilərin aqibəti ilə eynidir. Bu yoldan hər gün AA seriyalı xidməti maşınlar keçir. Naziri, deputatı, icra başçıları hər keçəndə bu körpünün altındakı adamları görürlər. Biri fikirləşmir ki, bu adamlar nə çəkirlər. Heç olmasa bizi bir zavoda işə düzəltsinlər, ortabab maaş alaq”, – deyə "qul bazarı”nın işçilərindən biri şikayətlənir.



"Qul bazarı”nın üzvləri arasında kimisi qaynaqçı, kimisi santexnik, kimisi bağban, kimisi quyu təmizləyən, kimisi də rəngszadır. Onlar əlinin qabarı ilə çörək pulu qazanırlar – məmurların, varlıların Mərdəkandakı, Bilgəkdəki bağlarında, villalarında… Ucuz kafedə gündə cəmi bir dəfə borca yemək yeyən, 2 manatlıq zirzəmilərdə gecələyən kim, uşaqları ilə 4 kvadratmetrlik karton daxmada kirayənişin kimi yaşayan kim… Öz evini təmir etdirməyə, yaxud yüklərini, mebelini daşıtmağa ucuz işçi qüvvəsi axtaranlar bura üz tuturlar. 



Yüzlərlə kişi hər gün səhər tezdən hətta səhər yeməyini yemədən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər ki, məhz bu gün kimdənsə yaxşı sifariş qəbul edəcək və uşaqlarına bir qədər ərzaq alacaq. Rəngsazlar, elektriklər, parketçilər, bənnalar və digər işçilərin də şikayət etdiyi kimi, sifarişlər elə də çox deyil. Hər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər. Devalvasiyadan sonra onların əməyinə tələbat da xeyli aşağı düşüb. Gün-gündən onlar daha az sifariş alırlar. Çünki adamlar artıq mənzillərini təmir etdirmək istəmirlər.  (Azeuronews)



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 788 29.06.18 16:53