Azərbaycan “Institute for Economics and Peace” təşkilatı tərəfindən hazırlanan “Global Peace Index 2018” siyahısında 132-ci yeri tutub.
Siyahıda teraktlara, cinayətkarlığın aşağı səviyyəsinə, silahların idxal və ixracına görə ən dinc ölkələrin adları qeyd olunub.
Dünyanın ən təhlükəsiz ölkəsi İslandiya olub ki, burada hər 100 min insana 1,8 qətl düşür. İkinci yeri Yeni Zelandiya, üçüncü yeri isə Avstriya tutub. İlk onluğa Portuqaliya, Danimarka, Kanada, Çexiya, Sinqapur, Yaponiya və İrlandiya daxil olub.
Ən təhlükəli 10 ölkələr Suriya, Əfqanıstan, Cənubi Sudan, İraq, Somali, Yəmən, Liviya, Konqo, CAR və Rusiyadır.
Qeyd edək ki, ən sakit ölkələrin siyahısında Ermənistan 7 və Gürcüstan isə 4 pillə geriləyib.