"Baku Medical Plaza”da 5 aylıq körpənin dünyasını dəyişməsi və klinikanın körpənin ailəsindən külli miqdarda pul tələb etməsi ilə bağlı görüntülər yayılıb.
Lent.az xəbər verir ki, ictimaiyyətə müraciət edən Sona Mustafayeva adlı qadın nəvəsinin iyunun 25-də nəvəsinin halının pisləşdiyini və özəl klinikaya çatdırdıqlarını bildirib. O qeyd edib ki, bir neçə saatdan sonra beş ay yarımlıq uşaq vəfat edib: "Onlar bizə 2500 manat ödəməli olduğumuzu dedilər. Borc-xərc edib vəsaiti ödədik. Sonra daha 10 min manat ödəyəcəyimizi bildirdilər”.
Şikayətçi əlavə edib ki, pulu onlardan genetik analizə görə istəyiblər.