Masallıda dəhşət — Ərinin işgəncələrinə dözməyən qadın intihar etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Masallıda dəhşət — Ərinin işgəncələrinə dözməyən qadın intihar etdi

Masallının 2-ci Yeddioymaq kənd sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Median.Az
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) və 221.3 ( xuliqanlıq) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən Nəhmətov Daşqın Qurban oğlunun məhkəmə prosesinə hakim Əziz Seyidov sədrlik edəcək.

Xatırladaq ki, ibtidai istintaq orqanı tərəfindən Nəhmətov Daşqın Qurban oğluna cinayət məcəlləsinin 125 və 221.3-cü maddələri ilə ittiham elan olunub. Belə ki, 1994-cü ildə Nəhmətova Ülkər İsmayıl qızı ilə ailə qurub və iki uşaqları olub.

Masallının İkinci Yeddioymaq kəndində yaşadıqları dövrdə, 2013-cü ildən 2015-ci ilin oktyabr ayına qədər qızı Humra Nəhmətovanın, eləcə də qonşuların gözü qarşısında arvadının saçından tutub sürüyüb digər üsullarla fiziki və psixi zor tətbiq etməklə sifət nahiyəsinə çoxsaylı zərbələr vurmaqla amansız rəftar edib. Habelə arvadını əsaslı şübhələr olmadan, heç bir fakta əsaslanmadan gündəlik pul müqabilində əkin sahəsində işləməyə deyil, əxlaqsız hərəkətlər etmək üçün başqa şəxslərlə görüşə getməsini bəhanə gətirərək işləməyə qoymayıb, söyüb, təhqir edib.
Bu hərəkətlərdən Ülkər Nəhmətova bezərək dəfələrlə məcbur olub atası evinə gedərək orada qalıb. Ü.Nəhmətova ləyaqətinin mütəmadi olaraq alçalmasına dözməyərək uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırmış və nəticədə 17 oktyabr 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar edib. Bundan başqa, Nəhmətov Daşqın Qurban oğlu 06 oktyabr 2015-ci il tarixdə saat 22 radələrində arvadı Ülkər Nəhmətova ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə mübahisə etdikdən sonra silah qismində istifadə etdiyi mətbəx bıçağını götürüb arvadını əkin sahəsində işləməyə aparan həmkəndlisi Həsənova Nəzakət Əlihüseyn qızının qolundan tutub sonuncunun qonşuluqda yaşayan qaynı Həsənov Fəttah Həsən oğlunun evinə apararaq çoxsaylı qonşularının gözü qarşısında xuliqanlıq edib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə 1971-ci il təvəllüdlü Nəhmətov Daşqın Qurban oğlu Cinayət Məcəlləsinin 125 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 668 28.06.18 13:24