Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı - FOTO

Bakıda intihara cəhdin qarşısı alınıb.

Median.Az xəbər verir ki, hadisə iyunun 23-də Nizami rayonunda, metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.

İntihara cəhdin qarşısının alınmasında "İctimai" radionun aparıcısı Ayfər Feyziyevanın rolu danılmazdır.

Belə ki, hündürmərtəbəli binanın damına çıxan kişi intihara cəhd edib. Bunu ilk olaraq qarşı tərəfdəki binada yaşayan Ayfər Feyziyevanın oğlanları, 7 və 12 yaşlı Rəhman və Rəhim qardaşları görüb və dərhal analarına xəbər veriblər.

Yenicag.az-a açıqlama verən Ayfər Feyziyeva hadisəni belə xatırlayır: "Uşaqlar eyvanda oynayırdılar. Birdən qışqırıb məni çağırdılar ki, kişi özünü binadan atmaq istəyir. Düzü, əvvəl elə bildim ki, ustadır, binanın damını təmir edir. Sonra gördüm ki, qışqırır. Onunla danışaraq fikrindən yayındırmağa çalışdım. Polis çağırmaq istəsəm də, icazə vermədi. Dedim kiminlə danışmaq istəyirsənsə, onu çağırım. Məsafəmiz uzaq idi deyə, səsini güclə eşidirdim. Bir təhər qardaşının nömrəsini alıb, hadisə yerinə çağırdım. O da təcili olaraq gəldi. Allaha şükür ki, qardaşı onu intihar fikrindən daşındırdı. Övladlarımla birlikdə intiharın qarşısını almış olduq. Amma hələ də hadisənin təsirindən çıxa bilmirik".



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 346 28.06.18 12:16