Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi - “BƏY TELEFONU SÖNDÜRÜB...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Hakimiyyət Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi - “BƏY TELEFONU SÖNDÜRÜB...”

Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın ərə verilməsi ilə bağlı yaydığı video müraciətə dövlət orqanları tərəfindən reaksiya verilib. İyul ayının 1-də “Sahil” şadlıq sarayında keçirilməsi nəzərdə tutulan toy ləğv olunacaq.

Median.Az
xəbər verir ki, bu barədə virtualaz.org-a Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, gəlin yetkinlik yaşına çatmadığı üçün toyun keçirilməsi qanuna ziddir. Bu barədə şadlıq sarayının rəhbərliyinə məlumat verilib.

“Biz bu gün həmin şadlıq sarayında olduq, toyun sifarişçisinin, yəni Arzuman adlı bəyin nömrəsini götürdük və dəfələrlə ona zəng vurduq. Amma bəy zənglərimizə cavab vermədi və daha sonra telefonu söndürdü. Toyu olacaq qız isə anası ilə Türkan qəsəbəsində yaşayır. Bu qəsəbə bizim ərazimizdə deyil. Xəzər rayonunun ərazisi olduğuna görə həmin rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə məlumat vermişik. Şadlıq sarayının rəhbərliyi ilə də danışmışıq və onlara ayın 1-nə nəzərdə tutulan toyun keçirilməsinin qanuna zidd olduğunu bildirmişik”.

Şadlıq sarayın idarəedicisi Bakir Gülməmmədov isə gəlinin azyaşlı olmasından sonradan xəbər tutduğunu və toyun təxirə salınacağını deyir.

“Həqiqətən iyul ayının 1-də orada toy keçirilməsi üçün sifariş alınıb. Lakin gəlinin yaşı barədə bizə məlumat verilməyib, bu barədə indi xəbər tutduq. Hazırda araşdırma aparılır. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri də gəlmişdilər, toy üçün yer sifariş edən şəxsin telefon nömrəsini bizdən götürdülər. Yəqin ki, toyu ləğv edəcəyik və keçirilməsinə imkan verməyəcəyik”, - deyə şadlıq sarayının əməkdaşı bildirir.

Xatırladaq ki, ötən gün 14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi. Virtualaz.org həmin müraciəti araşdırıb, azyaşlının ərə verilməsi cəhdinə müvafiq dövlət orqanlarının, ictimai birliklərin müdaxilə etməli olduğu haqda yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 910 27.06.18 18:37