Paşinyanın qorxusu və ya Bakıdakı paradın “antişoku” - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Paşinyanın qorxusu və ya Bakıdakı paradın “antişoku” - ŞƏRH

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı baş tutan hərbi parad ölkədə son illər keçirilən beş paraddan hərbi texnika baxımından ən uğurlusu və güclüsü olub.

Bu sözləri oxu.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, şəxsən Azərbaycanda keçirilən ilk iki paradın iştirakçısı olub.

“Dünən baş tutan parad möhtəşəm idi. Hətta Azərbaycanla dost olmayanlar bu hadisənin əzəmətini qeyd ediblər. Təsəvvür edin ki, bir müddət öncə Azərbaycana qarşı təhdidlər səsləndirən Ermənistan baş naziri indi münaqişənin sülh yolu ilə həllindən danışdı. Paşinyan müharibə istəmədiklərini bildirdi”, - hərbi ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə, İsrail, Rusiya, Belarus, Pakistan və sair ölkələrdən aldığı hərbi texnikaları nümayiş etdirdi.

“Bu hərbi texnikalar bizə 180-200 kilometrdən düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Bu silahlar asanlıqla düşmənin quruda və hətta yeraltı hərbi obyektlərini məhv etmək gücünə malikdir. Biz düşmənə döyüşə girmədən sakitcə işğal altındakı ərazilərdəki qüvvələri məhv etməyə qadir olduğumuzu göstərdik”, - müsahib qeyd edib.

Cəfərov bildirib ki, paradı müxtəlif ölkədən olan 100-dən çox yüksək səviyyəli qonaq izlədi.

“Mən onlardan bəziləri ilə görüşə bildim. Bir çoxları paradın belə keçəcəyini gözləmirdilər. Bundan başqa, bizim pilotlarımızın fəaliyyəti qonaqların xoşuan gəldi”, - o deyib.

Cəfərov əlavə edib ki, dünənki paradın özəlliklərindən biri də Türkiyə hərbçilərinin böyük qrupunun burada iştirakı oldu.

“Türk əsgərlər paradda iştirak etdi, türkiyəli pilotlar isə Bakı səmasında öz bacarıqlarını nümayiş etdirdi. Bu, Türkiyənin qardaş Azərbaycana açıq mesajı idi. Əminəm ki, parad yaxın günlərdə danışıqlar prosesinə müəyyən təkan verəcək”, - ekspert bildirib.

O deyib ki, bu paradı digərlərindən fərqləndirən cəhətlərdən biri də komandir maşınlarının kolonlarının hər birinin önündə general-leytenant Rövşən Əkbərov, general-mayor Zahid Hüseynov və digərləri gedirdi.

“Bundan əvvəl generallar paradı tribunalardan izləyirdilər. Bu dəfə isə general-leytenant Ayaz Həsənov yüksək səviyyəli parad hazırlaya bildi”, - hərbi ekspert qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            994 27.06.18 13:11