Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət artıq başa çatıb.
Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirb.
Onun sözlərinə görə, paytaxtın bütün küçə və prospektləri avtomobillərin hərəkəti üçün açıqdır: “Parad işini bitirib və bütün istiqamətlər üzrə qoyulmuş manelər aradan götürülüb. Təhlükəsizlik tam təmin edilib”.
Vaqif Əsədov qeyd edib ki, hazırda şəhərin mərkəzi küçələrində nisbi sıxlıq yaşanır: “O da qısa zaman ərzində aradan qaldırılacaq. Hər şey yüksək səviyyədə təşkil edilib. Narazılıq qeydə alınmayıb”.
Qeyd edək ki, iyunun 24-dən başlayaraq paytaxtda hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.
Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət ediblər.