“Zəngilan şəhərciyi”nin sakinləri: “Nə aptek var, nə də oyun meydançası...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

“Zəngilan şəhərciyi”nin sakinləri: “Nə aptek var, nə də oyun meydançası...”

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”ndə 1000-ə yaxın məcburi köçkün ailəsi məskunlaşsa da, hələ də şəhərcik daxilində və ya yaxınlıqda aptek yoxdur. Əhali dərman almaq üçün bir neçə kilometr məsafə qət etməli olur.

Median.Az
bildirir ki, bu şikayətlə virtualaz.org-a şəhərcikdə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, qəfil hadisələr zamanı çıxılmaz vəziyyətdə qalırlar.

“Gecə vaxtı bir hadisə olsa, qalırıq çarəsiz. Kimin avtomobili varsa, o gedib aptekdən dərman ala bilir. Avtomobili olmayanlar isə bir neçə kilometr yolu piyada gedib özlərini birtəhər “Qurtuluş” yaşayış kompelsinin içərisindəki aptekə çatdırırlar. Özünüz vəziyyətimizi təsəvvür edin də...”, - deyə şəhərcikdə yaşayan Pərviz Muradov bildirir.

Sakinlər deyirlər ki, şəhərcikdə digər bir problem isə əhalinin istirahəti üçün yer ayrılmamasıdır. Hektarlarla ərazisi olan şəhərcikdə kiçik bir “besedka” qoyulub ki, orada da yalnız yaşlı insanlar əyləşə bilirlər. Əhali məcburiyyətdən yolun qırağında əyləşib hava alır, uşaqlar avtomobil yolunun içərisində oynayırlar. Şəhərciyin daxilindəki uşaq bağçasının geniş oyun meydançası olsa da, ora digər uşaqlar üçün bağlıdır.

Qeyd edək ki, “Zəngilan şəhərciyi” «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq inşa olunub və 2013-cü ildə istifadəyə verilib. 12 hektar ərazini əhatə edən yeni məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi fəaliyyət göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 229 25.06.18 18:02